AGF-nin vitse-prezidenti: "Qızıl medalların sayına görə ölkəmizin birinci olacağını hesab edirəm"

AGF-nin vitse-prezidenti: "Qızıl medalların sayına görə ölkəmizin birinci olacağını hesab edirəm"
22:27 18 May 2017
74 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 18 may. REPORT.AZ/ "İki gün davam edən mübarizə yığma komandamız üçün çox uğurlu oldu. Bildiyiniz kimi, bu iki gün ərzində yığma komandamız 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb".
Bunu "Report"a Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov deyib.
O, sərbəst güləşçilərdən də qələbə gözlədiklərini deyib:
"Sabah xanım güləşçilərimiz mübarizəyə qoşulacaq. İnanıram ki, sərbəst güləşçilərimiz də, ən azı 4-5 medal qazanacaq. Həmçinin, xanım güləşçilərimizdən də o qədər medal gözləyirik. Hətta çox ola bilər. Amma az olmayacaq. Hesab edirəm ki, qızıl medalların sayına görə ölkəmiz birinci yerdə olacaq".

Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/agf-nin-vitse-prezidenti-qizil-medallarin-sayina-gore-olkemizin-birinci-olacagini-hesab-edirem

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR