Play Store

Sağlamlığımızı 100 yaşa kimi necə qoruyub saxlamaq olar?

Sağlamlığımızı 100 yaşa kimi necə qoruyub saxlamaq olar?
22:37 18 May 2017
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Sağlam və uzun ömür yaşamaq üçün sağlamlığınızın qayğısına vaxtında qalmalısınız. Yaşadığınız müddətdə immunitetinizi yüksək saxlamaq, sağlam qidalarla qidalanmaq, fiziki aktivliyi daima qoruyub saxlamaq insanın uzun ömür sürməsinə səbəb olur. Hər bir insan yaşı ötdükcə orqanlarının əvvəlki kimi işləmək qabiliyyətinin olmamasını bilməlidir. İnsan yaşlandıqca onun beyni, ürəyi, oynaqları əvvəlki gücünü itirməyə başlayır. Bu da hər bir insanı öz sağlamlığı barədə düşünməyə məcbur edir. İnsanın yaşı artdıqca o öz sağlamlığına qarşı daha da diqqətli olmalıdır. Belə ki, orta yaşı ötdükcə stressdən uzaq durmaq, ürək damar sistemini, beyinin fəaliyyətini ildə bir dəfə müayinə etdirmək, təzyiqi nəzarət altında saxlamaq lazımdır.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, yaş ötdükcə qidalanma rejimini də ciddi nəzarət altında saxlamaq və fiziki aktivliyə diqqət yetirmək lazımdır. Yaşın üstünə yaş gəldikcə yağlı qidaların qəbulunu azaltmaq və sulu meyvələrə üstünlük vermək lazımdır. Sulu meyvələr mədənin sekresiya vəzilərini stimulyasiya edir. Soyuducuda saxlanılan boyat qidalara üstünlük verməkdənsə sulu qidalar qəbul eləmək daha məqsədəuyğun sayılır. Yaş ötdükcə buğda və suda bişən qidalarla qidalanmaq lazımdır.Şirin meyvələrin qəbuluna üstünlük verildiyi zaman qanda şəkərin miqdarını da nəzarət altına almaq lazımdır. Yaşlı adamların tərkibində çoxlu vitamin olan meyvə tərəvəzlərlə qidalanmalaqrında çox fayda var. Yaşlandıqca artıq maye qəbul eləməyi azaltmaq lazımdır. Hər gün açıq havada gəzmək yaşlı adamlar üçüün çox faydalıdır. Mütəxəssislər yaşlı adamların gün ərzində ən azı 30 dəqiqə aktiv idmanla məşğul olmalarını tövsiyə edirlər.
Tərkibində şəkər olan qidaların menyudan çıxarılmasında fayda var. Tərkibində şəkər və duzun miqdarı az olan qidalarla qidalanmaq yaşlı adamlar üçün çox faydalıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/545427.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR