Play Store

Niyə Bəni-İsrayil “Alahdan özün istə!” dedi?

Niyə Bəni-İsrayil “Alahdan özün istə!” dedi?
22:42 18 May 2017
94 Ölkə
Ölkə mətbuatı
A- A+

"Və (yadınıza salın) o zaman(ı) ki, dediniz: "Ey Musa, biz bir cür yeməyə heç cür dözməyəcəyik. Buna görə də bizim barəmizdə öz Rəbbini çağır ki, bizim üçün yerin bitirdiyi şeylərdən - göyərti, xiyar, sarımsaq, mərcimək və soğan çıxarsın". Musa dedi: "Siz daha yaxşının yerinə alçaq şey istəyirsiniz? (İndi ki, belədir) bir şəhərə (şəhərlərdən birinə) gedin ki, istədiyiniz şeylər sizin üçün hazırdır". Və onlara (alınlarına həqirlik,) xarlıq və möhtaclıq damğası vuruldu və Allahın qəzəbinə layiq oldular. Bu (xarlıq) ona görə idi ki, onlar həmişə Allahın nişanələrinə kafir olur və Allahın peyğəmbərlərini haqsız yerə öldürürdülər. Bu (küfr və peyğəmbərlərin öldürülməsi isə) ona görə idi ki, onlar itaətsizlik edir və həmişə öz hədlərini aşırdılar". ("Bəqərə" 61).

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu ayə, göründüyü kimi, Bəni-İsrayilin naşükürlüyünə işarə edir. Bəni-İsrayil Həzrət Musanın (ə) yardımı ilə Fironun əlindən qaça bilir və Allah onlara çox sayda nemət əta edir. Lakin onlar şükür etmək yerinə bəhanələr gətirir və nüşakürlük edirlər. Ona görə də Allah onları xar və zəlil edir.
İstəklərinin geniş olması insan təbiətinə məxsus sifətlərdəndir. Lakin insan gərək əsil hədəfini dünya ləzzətlərinə dəyişməsin. Çünki bu zaman şeytanın tələsinə düşər və zəlil olar. Bu müasir dövrdə də insanlar daima istəklərinin ardınca gedirlər və istismarçılar da bundan istifadə edib, onların mallarını qarət edirlər.
Maraqlısı budur ki, Bəni-İsrayil Musaya (ə) deyirlər: "Allahından özün istə!". Bu, o deməkdir ki, onlar Allahı öz Pərvərdigarları hesab etmirdilər. Ona görə də tarix boyu daima zəlil və xar olmuşdular.
Onlar verdikləri imtahandan kəsildilər və naşükürlük edib, Allahın qəzəbinə səbəb oldular.
Bu mübarək ayədən çıxartdığımız nəticələr:
1. Bəni-İsrayil bəhanə gətirən, naşükür, itaətsiz insanlardılar.
2. Allahın ayələri qarşısında naşükürlük etmək insan, İlahi qəzəbə düçar olar və dünya, axirətdə xar və zəlil edilər.
3. Allahın əmrlərinə itaətsizlik etmək insanı zəlil edər.
 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/545408.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR