Shacman 47 yaşlı kişinin üstündən keçdi

Shacman 47 yaşlı kişinin üstündən keçdi
22:52 18 May 2017
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəkidə 47 yaşlı kişinin üstündən yük maşını keçib.

Hadisə şahidlərinin APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, hadisə mayın 18-i günorta saatlarında Şəki şəhərinin Oğuz şosesi adlanan ərazisinin yaxınlığında baş verib.
 
Rayonun Baş Göynük kənd sakini, 1973-cü il təvəllüdlü Vüqar Məmməd oğlu Abdurəhmanov idarə etdiyi "Shacman" markalı yük maşınını arxaya sürərkən yük maşınının arxasında olan Böyük Dəhnə kənd sakini, 1970-ci il təvəllüdlü Yunis Nəzər oğlu İsmailovun üstündən keçib.
 
Hadisədən sonra üç övlad atası olan, 47 yaşlı Yunis İsmailov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.
 
Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/546280.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR