Kafirlərin 3 əlaməti

Kafirlərin 3 əlaməti
22:57 18 May 2017
109 Ölkə
Ölkə mətbuatı
A- A+

Quran buyurur: "Çətin əzaba görə vay və ölüm olsun kafirlərə! O kəslərə ki, dünya həyatını sevir və onu axirətdən üstün tuturlar, (insanları) Allahın yolundan saxlayır və onun əyriliyini istəyirlər (onun qanunlarını əyri kimi təqdim edir və camaatı ondan azdırırlar). Onlar uzun-uzadı bir azğınlıq içərisindədirlər". ("İbrahim" 2-3)

Bu mübarək ayələrdə kafirlərin üç əlamətini aydın şəkildə görmək olar:
1. O kəslər ki, axirətin qapılarını üzlərinə bağlayıblar və deyiblər: biz belə din istəmirik, bizim istədiyimiz - qarnımız, pulumuz və mal-dövlətimizdir.
2. Allahın yolu ilə getmək istəyənləri vəsvəsə ediblər və məscidə gedənlərin, minbərə çıxmaq istəyənlərin qarşısını alıblar. Onlara deyiblər: Bu sözlərə qulaq asmayın və Allahın sorağına getməyin. (Tebyan)
3. Kafirlərin üçüncü əlaməti - Allahın dinini başqalarına əyri yol kimi tanıtmaqdır. Onlar deyirlər ki, bu yolun sonu yoxdur və bir yerə aparıb çıxartmır. Ona görə də bu insanlar nə Allahın, nə Peyğəmbərin (s), nə Quranın və nə də İlahi rəhbərlərin səsini eşidirlər və onların qulağına heç bir haqq söz dəymir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/545419.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR