Play Store

Hacıqabulda çayın daşması fəsadlara səbəb olub

Hacıqabulda çayın daşması fəsadlara səbəb olub
23:27 18 May 2017
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Hacıqabul. 18 may. REPORT.AZ/ Ötən gündən yağmağa başlayan güclü yağış Pirsaatçay çayının Hacıqabul rayonunun Uduku kəndi ərazisindən keçən hissəsində suyun səviyyəsinin qalxmasına səbəb olub.
"Report”un Aran bürosu xəbər verir ki, nəticədə yaranan sel suları çayın üzərindəki körpüyə ziyan vurub, rayonun Qubalı kəndində bir neçə fərdi yaşayış evi su altında qalıb.
Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, Pirsaatçay çayının səviyyəsi aşağı düşdüyündən həyətyanı sahələrdəki sel-suları çəkilib. Ziyan dəymiş körpü isə təmir edilib. Hazırda kənddə elə bir ciddi problem yoxdur.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/haciqabulda-cayin-dasmasi-fesadlara-sebeb-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR