Basketbol 3x3 yarışlarının ilk günündə Azərbaycanın kişi və qadın komandaları qalib gəliblər

Basketbol 3x3 yarışlarının ilk günündə Azərbaycanın kişi və qadın komandaları qalib gəliblər
00:22 19 May 2017
78 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında basketbol 3x3 yarışlarına start verilib.

Trend-in məlumatına görə, yarışların birinci günündə 18 oyun keçirilib. Qadınların yarışında 8, kişilərin mübarizəsində isə 10 qarşılaşma oynanılıb.

İlk görüş qadınların mübarizəsində “A” qrupunda Türkmənistan milli komandası ilə görüşən Azərbaycan basketbolçuları 16:7 hesabı ilə qalib gəliblər. Qadın basketbolçularımız gün ərzində qrupda keçirdikləri ikinci görüşdə də qələbə qazanıblar. Komandamız Əlcəzair millisini 20:14 hesabı ilə məğlub edib.

Yarışların ilk günündə kişi basketbolçularımız da keçirdikləri hər iki görüşü qələbə ilə başa vurublar. “A” qrupunda yer alan milli komandamız ilk oyunda Türkmənistan yığmasını 17:16 hesabı ilə məğlub edib. Komandamız ikinci oyunda isə Türkiyə millisinə qalib gəlib – 17:10.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2756547.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR