Play Store

105 yaşında məktəbdən məzun oldu -

ABŞ-ın Pensilvaniya ştatında 105 yaşlı bir qadına məktəbi bitirdiyinə dair diplom təqdim olunub.

Metbuat.az-ın məlumatına görə, qocalar evində keçirilən və nəvələrinin, nəticələrinin və kötükcələrinin iştirak etdiyi mərasimdə, illər öncə anasının xəstəliyi səbəbindən ayrılmaq məcburiyyətində qaldığı Sto-Roks orta məktəbində hazırlanan diplom Brendl adlı qadına təqdim olunub.

Mərasim "Twilight Wish" tərəfindən həyata keçirilib.

Qeyd edək ki, "Twilight Wish" yaşı 65-dən yuxarı olan insanların son istəklərini yerinə yetirməyə çalışan xeyriyyə təşkilatıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR