Bakı. Trend:
Soundgarden və Audioslav qruplarında çıxışı ilə məhşur olan tanınmış amerikalı vokalçı və musiqiçisi Kris Kornell 53 yaşında dünyasını dəyişib.
Trend-in İnterfaksa istinadən verdiyi məlumata görə, musiqiçi ABŞ-ın Detroyt şəhərində mayın 18-i gecə vəfat edib. Müğənninin nümayəndəsi Kornelin ölümünü qəfil və gözlənilməz adlandırıb.
İfaçının ölümünün səbəbi barədə məlumat verilmir, onu tibbi ekspertizası müəyyən etməlidir.