Afinanı qğtişaşlar bürüyüb

Afinanı qğtişaşlar bürüyüb
05:44 19 May 2017
137 Digər
Ölkə mətbuatı
A- A+

Yunanıstanda hökumətin əmək qanunvericiliyinin islahatı paketi etirazlara səbəb olub. Yeni qənaət tədbirlərinə qarşı ümumi tətilə çıxış edən həmkarlar ittifaqlarına bu dəfə təqaüdçülər də Afinada təşkil etdikləri nümayişlərlə dəstək verib.

 

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, parlament binası qarşısında baş tutan aksiyalarda bir qrup maskalı etirazçı polisə daş və "molotov kokteyli" atıb, daha sonra binaya soxulmağa cəhd edib. Polis cavabında gözyaşardıcı qazdan istifadə edib.

 

Atılan "molotov kokteyli" prezident qvardiyasına məxsus gözətçi köşkünün yanmasına səbəb olub. Polislə qarşıdurmalar parlamentdən bir qədər uzaqlıqda, "Böyük Britaniya" mehmanxanasının yaxınlığında davam edir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274914

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR