"Karyeramı başa vurandan sonrakı gün məni oğlum oyadacaq"

"Karyeramı başa vurandan sonrakı gün məni oğlum oyadacaq"
06:37 19 May 2017
215 İdman
Ölkə mətbuatı
A- A+

"Bavariya"nın kapitanı Filipp Lam karerasında son matçına Bundesliqanın 34-cü turunda çıxacaq. Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli müdafiəçi "Freiburg"la matçdan öncə bunları deyib:

"Karyeramda xoş anlar çox olub. Debüt oyunumu unutmayacam. Əlbəttə, titullar, "qızıl het-trik" də həmçinin. Son oyunumdan həzz almaq istəyirəm. Karyeramı başa vurandan sonrakı gün məni oğlum oyadacaq. Onu uşaq bağçasına aparacam, sonra "Bavariya"nın məşq bazasına gedəcəm. Həm də, anamın ad gününü qeyd edəcəyik. Mən "Bavariya" və futbol azarkeşiyəm. Təbii ki, komandanın çıxışını izləməkdə davam edəcəm. Azarkeşlərin məni yaxşı futbolçu kimi xatırlamasını istəyirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/546264.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR