Şərqi Çin dənizində ABŞ təyyarəsi Çin qırıcıları tərəfindən ələ keçirilib

Şərqi Çin dənizində ABŞ təyyarəsi Çin qırıcıları tərəfindən ələ keçirilib
07:32 19 May 2017
94 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 may. REPORT.AZ/ Çinin "Su-30" tipli iki qırıcısı Şərqi Çin dənizi üzərində ABŞ təyyarəsini ələ keçirib.
"Report" xəbər verir ki, bu barədə Amerika mətbuatı yazıb.
Söhbət nüvə fəaliyyəti izinin aşkarlanması məqsədi ilə atmosferdə müayinə aparan "WC-135 Constant Phoenix" təyyarəsindən gedir. Amerika təyyarəsi Şərqi Çin dənizi üzərindəki beynəlxalq hava məkanında planlı missiyasını yerinə yetirib.
Amerika təyyarəsinin heyət üzvləri Çinin bu hərəkətini "qeyri-peşəkar" adlandırıblar. Amerikalılar, həmçinin beynəlxalq hüququ pozmadıqlarını bəyan ediblər.
Hazırda insident qarşı tərəflə "müvafiq diplomatik kanallar vasitəsi ilə" müzakirə olunur.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/serqi-cin-denizinde-abs-teyyaresi-cin-qiricilari-terefinden-ele-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR