Binəqədidə yolu keçmək istəyən gənci maşın vuraraq qaçıb

Binəqədidə yolu keçmək istəyən gənci maşın vuraraq qaçıb
07:47 19 May 2017
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 19 may. REPORT.AZ/ Bakının Binəqədi rayonu ərazisində yolu keçmək istəyən piyadanı avtomobil vurub.
"Report" xəbər verir ki, hadisə Elit Ticarət və Əyləncə Mərkəzinin qarşısında qeydə alınıb.
Yolu keçmək istəyən 1987-ci il təvəllüdlü Hüseynov Samir Fəxrəddin oğlunu "Toyota" markalı minik avtomobili vuraraq ərazidən uşaqlaşıb. Xəsarət alan şəxs yaxınlarının köməkliyi ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır. Sürücünün kimliyi müəyyənləşdirilir. Zərərçəkmiş yaxınlıqdakı restoranların birində ofisiant kimi fəaliyyət göstərir.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bineqedide-yolu-kecmek-isteyen-genci-masin-vuraraq-qacib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR