İranda prezident seçkiləri keçirilir

İranda prezident seçkiləri keçirilir
08:48 19 May 2017
86 Dünya
Ölkə mətbuatı
A- A+

İranda bu gün prezident seçkiləri keçirilir.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, İran Milli Seçki Komissiyasının məlumatına əsasən, ölkədə 56 mln. nəfər səsvermə hüququna malikdir. Ümumilikdə 63 min seçki məntəqəsi açılıb.

İran prezidenti postu uğrunda dörd namizəd mübarizə aparır: hazırkı prezident Həsən Ruhani, ayətullah İbrahim Rəisi, sabiq vitse-prezident Mustafa Həşimi-Taba və mühafizəkar Mustafa Ağa Mirsəlim. İranın seçki qanunvericiliyinə əsasən, namizədlər seçicilərin 50 faizinin səsini toplaya bilməyəcəyi təqdirdə, bir həftə sonra ən çox səs toplamış iki namizədin iştirakı ilə təkrar seçkilər keçiriləcək.

Qeyd edək ki, İranda prezident seçkiləri ilə paralel şəhər Şuralarına və parlamentə əlavə seçkilər keçirilir.

Seçkilərdə təhlükəsizliyin təmin edilməsinə hüquq-mühafizə orqanlarının 300 minədək əməkdaşı cəlb edilib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199359.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR