Play Store

Yolu keçmək istəyən gənci maşın vuraraq qaçıb

Yolu keçmək istəyən gənci maşın vuraraq qaçıb
08:52 19 May 2017
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Binəqədi rayonu ərazisində yolu keçmək istəyən piyadanı avtomobil vurub.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə Elit Ticarət və Əyləncə Mərkəzinin qarşısında qeydə alınıb.

Yolu keçmək istəyən 1987-ci il təvəllüdlü Hüseynov Samir Fəxrəddin oğlunu "Toyota" markalı minik avtomobili vuraraq ərazidən uşaqlaşıb. Xəsarət alan şəxs yaxınlarının köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır. Sürücünün kimliyi müəyyənləşdirilir. Zərərçəkmiş yaxınlıqdakı restoranların birində ofisiant kimi fəaliyyət göstərir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/546311.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR