Play Store

“Qəbələ”nin rəqibi çempion oldu

“Qəbələ”nin rəqibi çempion oldu
09:22 19 May 2017
63 İdman
Ölkə mətbuatı
A- A+

Belçika Jüpiler Liqasında çempion bəlli olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, marafonu "Anderlext" qalib kimi bitirib.

30 turluq normal mövsümü də lider kimi başa vuran "bənövşəyilər" ilk 6 sıradakı komandanın qatıldığı çempionluq yarışında da hər kəsi qabaqlayıb.
 
Pley-offların 9-cu turunda "Şarleroy"a səfərdə 3:1 hesabı ilə qalib gələn komanda sona bir tur qalmış çempionluğu təmin edib.
 
Qeyd edək ki, başa çatmaqda olan mövsümdə təmsilçimiz "Qəbələ" ilə birlikdə UEFA Avropa Liqasında eyni qrupda mübarizə aparmış "Anderlext" hər iki matçda 3:1 hesablı qələbə qazanıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/546326.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR