Play Store

Abşeron sakininə qarşı 620 min dollarlıq dələduzluq edilib

Abşeron sakininə qarşı 620 min dollarlıq dələduzluq edilib
09:42 19 May 2017
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 19 may. REPORT.AZ/ Abşeron sakininə qarşı 620 min dollarlıq dələduzluq edilib. 
"Report" xəbər verir ki, dələduzluqla üzləşmiş Abşeron rayon sakini, 1968-ci il təvəllüdlü Elxan Rafiq oğlu Muradov bu barədə hüquq-mühafizə orqanlarına məlumat verib.  
E.Muradov bildirib ki, Abşeron rayon sakini 1967-ci il təvəllüdlü İlham Kərim oğlu Xıdırov onu aldadaraq 620 min ABŞ dollar pulunu alıb və geri qaytarmayıb.  
Onun sözlərinə görə, İ.Xıdırov pulu 2014-cü ilin dekabr ayından 2016-cı ilin yanvar ayınadək olan müddətdə alıb.  
Faktla bağlı araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/abseron-sakinine-qarsi-620-min-dollarliq-deleduzluq-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR