Play Store

İmişlidə və Gəncədə yanğın olub

İmişlidə və Gəncədə gecə 2 ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan birmərtəbəli 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları 80 m2 sahədə və ona bitişik tikilmiş digər vətəndaşa məxsus ümumi sahəsi 250 m2 olan birmərtəbəli 4 otaqlı evin dam örtüyü 2 m2 sahədə yanıb.

Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər yanğın İmişli şəhərində baş verib.

İmişli şəhərində vətəndaşa məxsus ümumi sahəsi 96 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 05:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR