Avtomobil kanala düşdü: sürücü öldü

Avtomobil kanala düşdü: sürücü öldü
10:04 19 May 2017
52 Digər
Ölkə mətbuatı
A- A+

İmişlidə 31 yaşlı sürücü qəzada ölüb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli rayonunun Aranlı kəndində qeydə alınıb.

 

İmişli rayonunun Aranlı kənd sakini, 1986-cı il təvəllüdlü Həsənov Məzahir Səhliyalı oğlu idarə etdiyi "VAZ 2106" markalı avtomobil idarəetmədən çıxaraq kanala aşıb.

 

Sürücü hadisə yerində ölüb.

 

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274927

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR