İngiltərə Premyer Liqasına XXXIV turdan təxirə salınmış bir matç baş tutub.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, son çempion "Lester" "Tottenhem"i qəbul edib.
Görüş meydan sahiblərinin darmadağını ilə yekunlaşıb - 1:6.
Hotspurluların heyətində Harri Keyn "poker" edib. Koreyalı Son Hun Min isə dubla imza atıb. "Tülkülər"in təsəlli qolunu isə Çilvell vurub.
Qeyd edək ki, çempionatın bitiminə bir tur qalmış "Çelsi" çempionluğu, "Tottenhem" isə ikinciliyi təmin edib.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində