Play Store

Hərbi Akademiyada “Hərb oyununun qiymətləndirilməsi” üzrə işçi görüş keçirilib

Hərbi Akademiyada “Hərb oyununun qiymətləndirilməsi” üzrə işçi görüş keçirilib
10:22 19 May 2017
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 19 may. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Təhsil Sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə NATO-Azərbaycan Birgə Fəaliyyət Planına müvafiq olaraq Silahlı Qüvvələrin Hərbi Akademiyasında “Hərb oyununun qiymətləndirilməsi” üzrə işçi görüş keçirilib.
Müdafiə Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Silahlı Qüvvələrin Hərbi Akademiyasında keçirilən hərb oyununda ABŞ-ın Müştərək Qüvvələr Qərargahı Kollecinin professorları Çarlz Davis, Patrik Hannum və Silahlı Qüvvələrin Hərbi Akademiyasının professor-müəllim və dinləyici heyəti iştirak edib.
İşçi görüşündə qonaqlara Hərbi Akademiyada tədris prosesinin, elmi işin təşkili və elmi kadrların hazırlanması, burada keçirilən Hərb oyunu haqqında brifinqlər verilib və onları maraqlandıran suallar cavablandırılıb.






Xəbərin orijinal ünvanı: https://report.az/herbi/herbi-akademiyada-herb-oyununun-qiymetlendirilmesi-uzre-isci-gorus-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR