Qayda pozan sürücülər saxlanıldılar - Bu dəfə yol polisi yox, jurnalist tərəfindən - VİDEO

Qayda pozan sürücülər saxlanıldılar - Bu dəfə yol polisi yox, jurnalist tərəfindən - VİDEO
10:22 19 May 2017
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda yol hərəkəti qaydalarını kitabdan yox, dost tanışdan, atadan, qardaşdan öyrənən sürücülər çoxdur. Belələri ilə qanun-qayda ilə danışanda çaş-baş qalırlar və qaydaları bir kənaraq qoyub "dədəd-baba qaydasından", hörmət-izzətdən danışırlar. Onlara elə gəlir ki, qaydaları yazanlar ağılsızdır və qaydalar o qədər də önəmli deyil.

Bu videolara baxandan sonra isə başa düşəcəklər ki, qaydaların pozulması bir anda ağır qəzaya səbəb ola bilər. Bu zaman "dədə-baba" qaydaları köməyə gəlməyəcək...
Milli.Az xəbər verir ki, mayın 13-də Bakı-Ələt yolunda qayda pozan sürücülər avtosfer.az-ın əməkdaşı tərəfindən saxlanılıb və onlara qanunun tələbləri izah olunub.

Bakı-Ələt yolunun 43-cü kilometrində "Daf" markalı 99-JH-547 qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü hərəkət sürətini aşaraq zolağını dəyişən zaman sağ zolaqda hərəkət edən saytın əməkdaşınını avtomobilinə qəza şəraiti yaradıb. Həmin sürücü saxlanılaraq sürücümüz tərəfindən qanunun tələbləri izah olunub və görüntülərin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməsi barədə xəbərdarlıq edilib.

"VAZ 2107" markalı 10-SV-147 qeydiyyat nişanlı avtomobilin sürücüsü də zolağını sola dəyişən zaman yanaşı zolaqdakı avtomobili sıxışdırdığına görə saxlanılıb və ona da qanunun tələbləri izah olunaraq görüntülərin Baş Dövlət Yol Polisi idarəsinə göndərilməsi barədə xəbərdarlıq olunub.

Təəssüf ki, hər iki sürücü kobud qayda pozuntusuna yol verdiyi halda özünü haqlı çıxarmağa çalışlb və yol hərəkəti qaydalarını yox, öz bildiklərini əsas gətirmək istəyiblər.
Sürücülərlə yaranan dialoqu sizə təqdim edirik və bildiririk ki, yolda qayda pozanlarla bağlı sürücülər tərəfindən göndərilən görüntülər DYP-yə təqdim olunacaq.

Milli.Az

Videoları izləmək üçün şəkillərə klikləyin:

Bu da yol qaydalarını bilməyən sürücü - 1

Bu da yol qaydalarını bilməyən sürücü

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/546338.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR