65 min xəstəyə məzar olan xəstəxana - DƏHŞƏTLİ FAKTLAR

65 min xəstəyə məzar olan xəstəxana - DƏHŞƏTLİ FAKTLAR
10:23 19 May 2017
105 Digər
Ölkə mətbuatı
A- A+

Xəstəxanalar ümumiyyətlə, heç də sevilən yerlər deyil. İstər özəl olsun, istərsə də dövlət. Ölüm qoxusunun olduğu heç yer insanlar tərəfindən sevilə bilməz. Bəs, 63 min xəstənin bir xəstəxanada eyni şəkildə ölümü qarşıladığını düşünə bilərsiz? Bu nə xəstəxanada çalışan həkimlərin, nə də vaxtsız gələn ölümün günahıdır.

Publika.az sizə 65 min xəstəyə məzar olmuş vahiməli xəstəxana haqqında maraqlı faktları təqdim edir:

Amerikanın Kentuski əyalətində 1900-cü ildə sürətlə yayılan vərəm xəstəliyinə yoluxan insanlar üçün xüsusi xəstəxana inşa edildi. Bu xəstəxananın adı "Waverly Hills" adlanır. O dövrdə vərəm əleyhinə güclü müdafiə vasitələri olmadığı üçün bu xəstəliyin daşıyıcılarını cəmiyyətdən uzaqlaşdırırdılar.

Lakin xəstəxanda insanlar uzun illər qalmalı olurdu. Buna baxmayaraq, vərəmi müalicə etmək üçün heç bir çıxış yolu tapılmamışdı. Xəstələrin sayı isə durmadan artırdı. Artıq xəstəxanada əlavə xəstələri qəbul etmək üçün boş otaqlar belə qalmamışdı. Xəstəlik insanları dəli edirdi. Ağıllarını itirən xəstələr üsyan etməyə başlayırdı. Dəhşətli ağrılarla uzun illər yaşamış insanlar çox qəribədir ki, xəstəlikdən deyil, intihar edərək ölürdü.

1920-ci illərdə bu xəstəxanada 40 min nəfərin öldüyü qeydə alınıb. Ölənlərin yaxınları demək olar ki, onlarla maraqlanmadığı üçün xəstəlikdən vəfat etdiyini düşünüb.

Lakin həkimlər intihar edən xəstələri xəstəxananın 150 metrlik tuneli ilə çıxararaq müxtəlif yerlərdə basdırırdılar. Ölənlərin sayı artıqca bu tuneli "ölüm tuneli" adlandırmağa başladılar.

Xəstəxanada bütün xəstələr intihar etdikdən sonra 1961-ci ildə buranın fəaliyyəti dayandırılır. Həmin ilin hesabatlarında xətəxanada ümumiyyətlə, 65 min xəstənin müalicə aldığı (öldüyü) qeyd edilib.

"Waverly Hills" xəstəxanası bağlandıqdan 1 il sonra yenidən fəaliyyətə başlayır. Bu dəfə psixi dispanser kimi fəaliyyət göstərən xəstəxanada illər əvvəl baş verən ölüm halları təkrarlanmağa başlayır. Ölüm hallarının qarşısını ala bilməyən xəstəxana heyəti idarəçilikdən imtina edərək xəstəxanın bağlanmasını tələb edir. 1982-ci ildə psixi dispanser kimi fəaliyyət göstərən xəstəxana da bağlanır.

Dəhşətli tarixi olan xəstəxana haqqında yüzlərlə iddia var. Üstündən illər keçməsinə baxmayaraq, insanlar xəstəxananın dəhlizində ölən insanların ruhlarının gəzdiyini iddia edir.

Gecələr bu ruhların ortaya çıxdığı və pəncərələrdən qəribə kölgələr əks etdirdiyi deyilir. Bunlar kabus və mistik hadisələr ola bilər. Lakin gerçək olan bir şey var ki, "Waverly Hills" xəstəxanasına şəfa tapmaq üçün gələn 65 min insanın cəsədinin harda olduğuna dair məlumatlar belə yoxdur.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/199376.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR