Başıbəlalı yol indi göz oxşayır - FOTO

Başıbəlalı yol indi göz oxşayır - FOTO
10:32 19 May 2017
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının 3,9 km uzunluğunda olan Binəqədi-Mehdiabad yolu uzun müddət idi ki, əsaslı şəkildə təmir olunmurdu. Nəticədə yolda qabarmış və deformasiyaya uğramış hissələr yaranmışdı. Üstəlik, yol boyu piyada səkilərinin olmaması vətəndaşların xüsusən payız-qış mövsümündə gediş-gəlişində çətinliklər yaradırdı.

"Azəravtoyol" ASC-dən Milli.Az-a verilən məlumata görə, bu problem artıq geridə qalıb.

Belə ki, eni 9-11 metr arası dəyişən yolun  yenidən qurulması işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan hissələrdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Daha sonra qazılmış ərazilərə karbonat materialı tökülərək kipləşdirilib və yolun hərəkət hissəsinin asfaltlanması işləri aparılıb.

İki hərəkət zolaqlı olan yola 2 qat olmaqla 12 sm qalınlığında yeni asfalt-beton örtük döşənib. Ümumilikdə yolun Binəqədi-Mehdiabad hissəsinin 42 min kv.m sahəsi asfaltlanıb.

Bundan başqa vətəndaşların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə yolun yaşayış məntəqələrindən keçən hissələrində 2.5 metr enində yeni piyada səkiləri inşa edilib. Səkilərin kənarlarına 7700 p/m səki daşları düzülüb, hərəkət hissəsi asfaltlanıb.

Yolun yenidən qurulması işləri tam olaraq bitdikdən sonra zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, həmçinin yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılıb.

Növbəti mərhələdə Mehdiabad-Fatmayi-Goradil avtomobil yolunun əsaslı şəkildə təmiri nəzərdə tutulub.

Yusif Nəsirli
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/546343.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR