Play Store

"Moody's" agentliyi "ABB-Moskva"nın reytinqini müşahidə altına alıb

"Moody's" agentliyi "ABB-Moskva"nın reytinqini müşahidə altına alıb
10:37 19 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 19 may. REPORT.AZ/ "Moody's" beynəlxalq reytinq agentliyi "Azərbaycan Beynəlxalq Bankı (ABB)-Moskva"nın uzunmüddətli xarici və yerli valyutada olan reytinqini azaltmaq üçün müşahidə altına alıb. "Report" "Moody's" agentliyinə istinadən xəbər verir ki, hazırda Bankın uzunmüddətli yerli və xarici valyutada reytinqi "B2", baza kredit qiymətləndirməsi üzrə "b3", tənzimlənmiş baza kredit qiymətləndirməsi üzrə "b2" və uzunmüddətli kontragentin risk qiymətləndirilməsi üzrə reytinqini "B1" səviyyəsində yer alıb.
Agentlik "ABB-Moskva"nın kredit reytinqinə baxılması ilə bağlı qərarını Bankın təsisçisi olan ABB-nin reytinqinin mayın 15-də "Caa3" səviyyəsinə endirməsi ilə əlaqələndirib. "ABB-Moskva"nın reytinqinin dəyişdirilməsi ABB-nin borclarının restrukturizasiyası planı, hökumətin ABB qrupa gələcəkdə dəstəyi və ABB-nin depozit reytinqinə təsiri ilə əlaqədar baş tutacaq.
"ABB-Moskva"nın uzunmüddətli kredit reytinqinin azaltmaq üçün müşahidə altına alınması Azərbaycan dövlətinin ABB qrupuna qeyri-müəyyən dəstəyi və ABB ilə "ABB-Moskva"nın mövcud əlaqələri ilə izah edilib. Belə ki, 2017-ci ilin ilk rübünün sonuna "ABB-Moskva"nın aktivlərinin 75%-i banklararası kredit formasında ABB-də yerləşdirilib. Təsisçi bank isə öz növbəsində "ABB-Moskva"nın öhdəliklərinin 20%-ni maliyyələşdirib.
Agentlik AB-nin borclarnın restrukturizasiyası planı bitdikdən və hökumətin Banka dəstəyi ilə bağlı məlumatların əldə edilməsindən sonra "ABB-Moskva"nın kredit reytinqinin azaldılması ilə bağlı qərarını açıqlayacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/moody-s-agentliyi-abb-moskva-nin-reytinqini-musahide-altina-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR