Azərbaycanda banklara qarşı İT tələblərə yenidən baxılacaq

Azərbaycanda banklara qarşı İT tələblərə yenidən baxılacaq
10:42 19 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 19 may. REPORT.AZ/ Bu gün Bakıda “Maliyyə sektorunda informasiya texnologiyaları risklərinin idarə edilməsi” mövzusunda “Risklərin idarə edilməsi forumu” keçirilir.
"Report"un verdiyi xəbərə görə, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA - Accountants and Risk Professionals Association) təşkilatçılığı ilə keçirilən forumda Azərbaycanda fəaliyyət göstərən və ölkənin hüdudlarından kənarda risklərin idarə olunması, İT, bank və maliyyə sektorlarında kifayət qədər nüfuz qazanmış 30-dan artıq dövlət və özəl qurum, mötəbər reytinq agentlikləri, qlobal auditor şirkətlərindən 100-ə yaxın nümayəndə iştirak edir.
Forumda ölkənin maliyyə sektorunda İT risklərinin idarə edilməsi mövzusu geniş müzakirə olunaraq beynəlxalq standartlar və qabaqcıl təcrübə, elektron hökumət, maliyyə bazarları nöqteyi nəzərindən kibertəhlükəsizliyin hüquqi aspektləri, yoluxma xəritəsi və kibertəhlükəsizlik, maliyyə institutlarında layihələrlə bağlı texnoloji risklər və bu kimi digər məqamlara toxunulub.
Risk peşəkarları dialoq meydanında bu dəfə İT risk problemlərini maliyyə və İT sahəsində mütəxəssislərlə birlikdə müzakirə edərək qabaqcıl təcrübənin tətbiqi və Azərbaycan mühitinə uyğunlaşdırılması istiqamətində fikir mübadiləsi aparacaqlar.
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Ödəniş sistemlərinə nəzarət Departamentinin böyük analitiki İlqar Hidayətov bildirib ki, banklara İT risklər üzrə tələblər toplusu göndərilib. Tələblərə işçi stansiyalar, veb-təhlükəsizlik, xəbərdarlıq sistemi, məlumat kanallarının şifrələnməsi və s. daxildir. Digər tələblər isə yeniliklərin tətbiqi, yoxlamala və testləin aparılması, əməkdaşların İT sahəsndə məlumatlandrılması ilə bağlıdır.
Toplantıda qeyd olunub ki, banklarda effektivliyi artıran rəqəmsallaşma İT arxitekturasına zərurət yaradacaq. Banklarda rəqəmsallama ilə bağlı mövcud durumu araşdırmaq üçün Palatada məsul işçi qrupu yaradılaq və bankların rəqəmsalaşamaya hazırlığı qiymətləndiriləcək: "İT qaydalarına dəyişikliklər həyata keçiriləcək. Banklarda rəqəmsallaşmanın sürətlənməsi dəstəklənəcək. Banklara qarşı irəli sürülən İT tələblərə yenidən baxılacaq".
"Hazırda əsas işlərdən biri də BOKT-ların fəaliyyətinin tənzimlənməsidir. Bu sahədə yeni qanunvericilik bazasının hazırlanması üçün işlər görülür. Tənzimlənmə beynəlxalq təcrübəyə əsaslanmaqla risklərin idarə edilməsi üzrə daxili tələblər irəli sürüləcək. Bu gün qanunvericlik bazası geniş olmasa da, ölkədə ödəniş xidməti göstərən şirkətlər var hədəflərdən biri bu təşkilatarın fəaliyyətinin tənzimlənməsidir", - deyə İ.Hidayətov bildirib.
"Yəqin bu il ərzində Palata haqqnda qanun və sonra digər qaydalar çıxacaq. İT ilə bağlı minimal tələblər, daha innovativ tələblər, yeni qaydalar tərtib olunacaq. Bu qaydalar tərtib olunarkən ekspertlərdən də rəy alınacaq", - deyə MBNP təmsilçisi əlavə edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/azerbaycanda-banklara-qarsi-i-t-teleblere-yeniden-baxilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR