Bakıda ilk dəfə sərnişin avtobuslarına eyniləşdirmə kodları vurulub

Bakıda ilk dəfə sərnişin avtobuslarına eyniləşdirmə kodları vurulub
10:47 19 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 19 may. REPORT.AZ/ Bakıda avtobuslara dair müəyyən edilmiş əsas tələblərdən biri olan eyniləşdirmə kodlarının ictimai nəqliyyatda ilk dəfə tətbiqinə başlanılıb. 
Bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyindən (BNA) "Report"a bildirilib. 
Məlumata görə, 5 rəqəmdən ibarət eyniləşdirmə nörməsinin ilk 2 rəqəmi avtobusun hansı daşıyıcıya aid olduğunu bildirir. 
"Eyniləşdirmə nömrələrinin verilməsi paytaxtın marşrut şəbəkəsində istifadə edilən nəqliyyat vasitələri barədə zəruri məlumatların toplandığı Vahid Bazasının Formalaşdırılması baxımından da əhəmiyyətlidir. Tələblərə əsasən, eyniləşdirmə nömrəsi avtobusun xaricində sağ, sol, ön və arxa tərəflərinə, eyni zamanda nəqliyyat vasitəsinin salonunda sərnişinlərin aydın görə biləcəyi yerdə vurulmalıdır. Bakı Nəqliyyat Agentliyinin tapşırığına əsasən, artıq eyniləşdirilmə nömrələrinin avtobuslara vurulması prosesinə başlanılıb. Gələcəkdə bu nömrələrin avtobusların damına da vurulması təmin ediləcək. Eyniləşdirmək nömrəsi sayəsində avtobusla bağlı hər hansı bir müraciəti və ya şikayəti olan sərnişinlər nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını bildirməsinə ehtiyac qalmayacaq",- deyə BNA-nın məlumatında qeyd edilib.
Bundan başqa, Bakıda həmçinin sənirişin avtobusların xaricinə və salonuna nəqliyyat vasitəsinin fəaliyyət göstərdiyi marşrut xəttinin nömrəsi, keçdiyi dayanacaq mənətəqlərinin ardıcıllığı, gediş haqqının məbləği ilə bağlı məlumatlandırıcı, eləcə də ictimai nəqliyyatdan istifadə qaydaları ilə bağlı maarifləndirici löhvələr vurulub. 
Qeyd edək ki, BNA paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşımalarda istifadə edilən avtobuslara, taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişin daşımalarını həyata keçirən daşıyıcılara, sərnişindaşımaya aid infrastruktura dair tələblər hazırlayıb. Yaxın vaxtlarda bu tələblərlə bağlı ictimaiyyətə məlumat veriləcək. 
Qurum bildirir ki, sərnişindaşımalarda istifadə edilən avtobuslarla bağlı müəyyən edilən tələblər sırasında ən vacibi 141 Çağrı Mərkəzinin nömrəsinin olmasıdır və birbaşa nəzarəti altında bu məlumatların avtobuslar üzərində vurulmasına başlanılıb.
"Əsas hədəf ictimai nəqliyyat xidməti sektorunda vətəndaş məmnunluğunun təmin edilməsi, bu istiqamətdə yeni yanaşmanı formalaşdırmaq, göstərilən xidmət səviyyəsini yüksəltməkdir. Müvafiq tələblərə uyğun olaraq, avtobusların üzərində və salonunda ayrı-ayrı daşıyıcılara məxsus qaynar xətt nömrələri də yığışdırılır. Bununlada ictimai nəqliyyatla bağlı şikayət və müraciətlərin vahid mərkəzdə toplanması və mövcud çatışmazlıqların daha operativ aradan qaldırılması təmin ediləcək. Yaxın vaxtlarda Çağrı Mərkəzinin internet portalı da istifadəyə veriləcək. İstifadəçilər portala daxil olmaqla, paytaxt yollarındakı vəziyyət, marşrutların hərəkət qrafiki və trayektoriyası, dayanacaqlar, eləcə də paytaxtın nəqliyyat sistemi ilə bağlı digər məlumatlarla tanış ola biləcəklər",- deyə məlumatda qeyd edilib.







Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/bakida-ictimai-neqliyyatda-ilk-defe-avtobuslara-eynilesdirme-kodlari-vurulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR