Play Store

Bu il 2000-ə yaxın müəllim SABAH qruplarında dərs demək üçün müraciət edib

Bu il 2000-ə yaxın müəllim SABAH qruplarında dərs demək üçün müraciət edib
10:47 19 May 2017
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 19 may. REPORT.AZ/ "Son üç il ərzində SABAH qruplarında dərs demək üçün müraciət edən namizədlərin sayı 4 dəfə artıb".
"Report" xəbər verir ki, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov “SABAHın müəllimi” adlı ali məktəb müəllimlərinin I forumunda deyib.
Onun sözlərinə görə, 2014-2015-ci tədris ilində dərs demək üçün müraciət edən müəllimlərin sayı 450 olduğu halda, 2016-2017-ci tədris ili üçün bu rəqəm 1790 nəfər təşkil edib. 
Nazir müavini qeyd edib ki, bu günə qədər 38 xarici şirkər 600 tələbəyə iş təklifi edib.
C.Bayramov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, müasir dünyanın yeni çağırışlarına və yüksək biliyə malik cəmiyyətin qurulması məqsədilə ali təhsil müəssisələrində yaradılan SABAH qruplarının gənclər üçün yeni imkanlar açdığını bildirib.
Qeyd edək ki, SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilində 7 ali təhsil müəssisəsində yaradılıb. Hazırda SABAH qrupları 11 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 45 ixtisas və 2300-dən artıq tələbəni və 600-dən artıq professor-müəllim heyətini əhatə edir. Bu tədris ilində 740-dan artıq SABAH tələbəsi məzun olacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/bu-il-2000-e-yaxin-muellim-sabah-qruplarinda-ders-demek-ucun-muraciet-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR