22 il əvvəl Türkiyə qurdu, Ermənistan "qapdı"

22 il əvvəl Türkiyə qurdu, Ermənistan "qapdı"
10:57 19 May 2017
57 Dünya
Ölkə mətbuatı
A- A+

1995-ci ildə İstanbulda yaradılan və 22 ildir Türkiyədə fəaliyyət göstərən Avrasiya Birjalar Federasiyası mərkəzini İstanbuldan Ermənistanın paytaxtı İrəvana köçürür.

İstanbul maliyyə mərkəzi layihəsi çərçivəsində maliyyə təşkilatlarının Türkiyəyə gəlməsi üçün addımlar atıldığı bir zamanda sərmayə bazarları baxımından əhəmiyyətli bir təşkilat əks qərar verib. 1995-ci ildə İstanbulda qurulan və 22 ildir Türkiyədə fəaliyyət göstərən Avrasiya Birjalar Federasiyası (Federation Euroasia Sec- feas) mərkəzini İstanbuldan Ermənistanın paytaxtı İrəvana köçürür.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, Avrasiya Birjalar Federasiyası və Misir Birjası rəhbəri Dr. Məhəmməd Omran təşkilatın üzvlərinə göndərdiyi e-poçt ilə FEAS-ın 16 mayda Tehranda təşkil edilən Fövqəladə Baş Məclisinin konfransında səs çoxluğu ilə Federasiyanın baş ofisinin İstanbuldan İrəvana köçməyə qərar verildiyini bildirib.  
 
ƏMƏKDAŞLIQ üçün qurulmuşdu
 
Qeyd edək ki, FEAS ölkə birjaları arasında regional işbirliklərini artırmaq məqsədi ilə qurulmuşdu.
 
FEAS-a Asiya, Balkanlar, Şimali Afrika və Orta Şərqdən ümumilikdə 33 ölkənin birjaları üzv idi.

Təhməz Təkin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/546344.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR