x
Loading...
.

Türkiyəli olimpiya mükafatçısı ardıcıl üç qəzadan sonra ölümdən dönüb

Türkiyəli olimpiya mükafatçısı ardıcıl üç qəzadan sonra ölümdən dönüb
11:07 19 May 2017
47 İdman
Ölkə mətbuatı
A- A+
.

Bakı. 19 may. REPORT.AZ/ Ağırlıqqaldırma üzrə Türkiyə yığmasının üzvü Daniyar İsmayılov ölümdən dönüb. “Report”un “Habertürk”ə istinadən verdiyi məlumat görə, 25 yaşlı Türkmənistan əsilli idmançı Ankarada ağır yol qəzası keçirib.
Onun idarə etdiyi avtomobil işıq dirəyinə çırpılıb və qarşı zolağa keçib. Bu qəzadan bir neçə dəqiqə sonra isə toqquşmanın şiddətindən yola aşan işıq dirəyinə başqa bir avtomobil dəyib. Nəticədə 3 nəfər xəstəxanaya yerləşdirilib.
Polislər qəza yerində araşdırma apardıqları vaxt üçüncü avtomobil içərisində yağışdan qorunmaq üçün D.İsmayılovun da olduğu qəzalı nəqliyyat vasitəsinə çırpılıb və sürücü yaralanıb. İdmançı ardıcıl baş verən 3 qəzanın heç birində xəsarət almayıb.
Qeyd edək ki, Daniyar İsmayılov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 69 kq çəki dərəcəsində gümüş medal qazanıb. O, ikiqat Avropa çempionu və dünya çempionatının bürünc mükafatçısıdır. 



Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/turkiyeli-olimpiya-mukafatcisi-ardicil-uc-qezadan-sonra-olumden-donub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR