ABB-nin borcunun restrukturizasiyası Azərbaycanın istiqrazlarına mənfi təsir edə bilər

ABB-nin borcunun restrukturizasiyası Azərbaycanın istiqrazlarına mənfi təsir edə bilər
11:12 19 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 19 may. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankının (ABB) defolt olunmuş öhdəliklərinin restrukturizasiya planı ilə bağlı gələn həftə yeni məlumatların açıqlanmasına uyğun olaraq Azərbaycan dövlət istiqrazlarının gəlirliliyini 40 baza bəndi artıra bilər. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu açıqlama ilə Avstriyanın "Raiffeisen Bank İnternational AG" çıxış edib. Bankın analitiki Gintaras Şlijyus qeyd edib ki, əgər hökumət öz üzərinə əlavə öhdəliklər götürərsə, bu, onun müstəqil balansına təsir edəcək.
Borclanma faizinin artması isə Azərbaycanın iqtisadi çətinliklərini dərinləşdirə bilər. Belə ki, hazırda Azərbaycan bahalı enerji layihələrini maliyyələşdirmək üçün xarici bazarlarda kapital axtarır. Həmçinin qeyd olunub ki, ABB-nin 3,3 mlrd. ABŞ dolları dəyərində öhdəliklərinin restrukturizasiyası Azərbaycanın iki devalvasiyadan sonra milli valyutasını sabit saxlamaq istədiyi bir şəraitdə baş verir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/abb-nin-borcunun-restrukturizasiyasi-azerbaycanin-istiqrazlarina-menfi-tesir-ede-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR