Ermənistanda hakimiyyət uğrunda mübarizə

Ermənistan prezidenti Serj Sarkisyan hökümətin istefasını qəbul edib.

Baş verən siyasi hadisə ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Adgözəl Məmmədov bildirib ki, Serj Sarkisyanın höküməti buraxması təbii haldır:

“Bildiyiniz kimi, Ermənistanda keçirilən parlament seçkiləri nəticəsində yeni parlament formalaşdırılıb. Onların özlərinin qanunvericiliyinə görə, ölkənin başçısı yeni hökümət formalaşdırıb, təsdiq üçün parlamentə göndərməlidir. Bu, onların qanunlarında belədir. Sadəcə olaraq diqqət etmək lazımdır ki, Sarkisyan hökümətin yenidən formalaşdırmasını kimə həvalə edəcək. Orada kordinal yeni sima olacaqsa, əlbəttə ki, Ermənistandakı yeni hökümətin təşkilinə də təsir göstərəcək”.

Qeyd edək ki, hazırki hökumətin üzvləri yeni hökumət formalaşanadək səlahiyyətlərini icra edəcəklər.

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR