Kəmaləddin Heydərov Beyləqanda vətəndaşları qəbul edəcək

Kəmaləddin Heydərov Beyləqanda vətəndaşları qəbul edəcək
11:19 19 May 2017
50 Digər
Ölkə mətbuatı
A- A+

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən mayın 23-də Beyləqan şəhərində, Gənclər Mərkəzinin binasında saat 11:00-dan vətəndaşların qəbulu keçiriləcək. Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, qəbulda yalnız Beyləqan, Ağcabədi, Füzuli, Xocavənd rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

 

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

 

Qəbula gələn vətəndaşların qeydiyyatı Gənclər Mərkəzinin binasında 22 may 2017-ci il tarixində saat 09:00-da başlayacaq.

 

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274936

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR