Play Store

Leonardo Di Kaprio nişanlısından ayrıldı - FOTO

Leonardo Di Kaprio nişanlısından ayrıldı - FOTO
11:22 19 May 2017
Ölkə mətbuatı
A- A+

Dünyanın ən məşhur aktyorlarından biri, Hollivud ulduzu Leonardo Di Kaprio yenə "azad"dır.

Milli.Az TMZ-yə istinadən bildirir ki, 42 yaşlı aktyor 25 yaşlı nişanlısından, danimarkalı supermodel Nina Aqdaldan ayrılıb.

Onları reportyorlar son dəfə aprel ayında birlikdə görmüşdülər.

Di Kaprionun menecerlərinin dediklərinə görə, aktyor artıq sabiq nişanlısı ilə "səmimi və dost münasibətlərdə qalıb".

Leonardo Di Kpprio və Nina Aqdal 2014-cü ildə görüşməyə başlamış, sonra ayrılmışdılar. Di Kaprio az sonra Kelli Rorbaxa aşiq olmuşdu.

Aktyorun sabiq sevgililəri arasında Blək Layvli, Jizel Bundhen, Toni Qarrn, Bar Raaeli və başqaları da vardı.

Di Kaprio yenə azaddır. Onun dostlarının dediklərinə görə, aktyorun diqqətini cəlb etmək istəyən xanım uzun ayaqlı, hündurboylu, sarışın olmalı, velosiped sürməyi bacarmalı, Leonardonun anası ilə normal münasibətlər qurmalı və ən başlıcası, aktyorun azadlığına müdaxilə etməməlidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/546321.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR