EBRD-nin Azərbaycandakı əməliyyat aktivləri 6% artıb

EBRD-nin Azərbaycandakı əməliyyat aktivləri 6% artıb
11:32 19 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 19 may. REPORT.AZ/ Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycan üçün indiyədək ayırdığı vəsaitlərin ümumi həcmi 2017-ci mart ayı ərzində 73 mln. avro yaxud 2,76% azalaraq 2017-ci il aprelin 1-nə 2 577 mln. avroya düşüb. Bunun strukturunda özəl sektorun payı dəyişməyərək 51% qalıb.
“Report”un məlumatına görə, Bankın Azərbaycanda maliyyələşdirdiyi layihələrin sayı isə dəyişməyib və öncəki aylar olduğu kimi 161-dir. 
Məlumata görə, Azərbaycanın Banka ödənişlərinin həcmi 4 mln. avro yaxud 0,21% artaraq 1 910 mln. avroya çatıb.
EBRD-nin Azərbaycandakı əməliyyat aktivləri isə 35 mln. avro və yaxud 6,02% artaraq 616 mln. avro olub.
Bankın ölkədə maliyyələşdirdiyi layihələr üzrə cari portfel isə 35 mln. avro yaxud 3,7% azalaraq 912 mln. avroya düşüb.
Qeyd edək ki, EBRD-nin Azərbaycandakı aktiv layihə portfelində də 1 vahid azalma var və hazırda Bank Azərbaycanda 54 aktiv layihədən ibarət portfelə malikdir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/ebrd-nin-azerbaycandaki-emeliyyat-aktivleri-6-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR