Məktəblilərin vinetka həyəcanı: Bu il çəkilişlər neçəyə başa gələcək? - VİDEO

Məktəblilərin vinetka həyəcanı: Bu il çəkilişlər neçəyə başa gələcək?  - VİDEO
11:33 19 May 2017
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Orta məktəb, texnikum və ya universitet məzunları bu günlərdə həm də vinetka həyəcanı yaşayır

Vinetka qiymətləri isə müxtəlifdir. Bunu vinetkaların görünüşü və içindəki şəkillər müəyyən edir.

Fotoqrafların sözlərinə görə, nə qədər sadə vinetka tələb edilirsə, xərci də o qədər ucuz olur.

Vinetkanın qiymətinə fotoçəkiliş aparılacaq məkan da təsir edir.
Fotoqrafların sözlərinə görə, qiymətə təsir edən başqa bir məqam vinetkanın materialıdır. Çünki bütün materiallar xaricdən gəlir.

Fotoqraflar bildirir ki, əvvəllər daha sadə vinetkalara üstünlük verilirdisə, indi belə deyil. Gənclər daha çox fərqli yerlərdə, fərqli obrazlarda olan şəkillərlə bəzədilmiş vinetkalara üstünlük verirlər. Bu zaman çəkilişdə lazım olan bütün xidmətlər - paltardan tutmuş məkana qədər hər şey vinetka çəkənlərin üzərinə düşür.

(xezerxeber)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/199388.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR