Bakı-2017: Daha bir güləşçimiz vaxtından əvvəl qalib gəldi

Bakı-2017: Daha bir güləşçimiz vaxtından əvvəl qalib gəldi
11:36 19 May 2017
54 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında daha bir güləşçimiz yarımfinala yüksəlib.

Trend-in məlumatına görə, idmançımız Nurməhəmməd Hacıyev (97 kq) 1/4 finalda türkmənistanlı Yusup Melejayevlə üz-üzə gəlib.

Güləşçimiz rəqibinə vaxtından əvvəl qalib gəlib - 11:1.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2756651.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR