Yatmazdan yarım saat əvvəl bu qarışığı için

Qarın və omba bölgəsindəki artıq yağlardan xilas olmaq üçün professor həkim İbrahim Saraçoğlunun məsləhətlərindən yararlana bilərsiniz.

Metbuat.az xəbər verir ki, Saraçoğlu arıqlamaq istəyənlərə limon və qatıq qarışığı yeməyi məsləhət görür.

Qarışığı hazırlamaq üçün yarım limonun suyu, 3 yemək qaşığı qatıq, 1 çay qaşığı pul bibərə ehtiyacınız var. Bütün məhsulları qabda qarışdırın. Pul bibərin əvəzinə zəncəfil və sarıkök qata bilərsiniz. Qarışığı gecə yatmazdan yarım saat əvvəl istifadə edin və sonra heç bir şey yeməyin.

Bu qarışığın içərisindəki məhsullar yağ yandırıcı olduğundan qısa müddətə təsirini görəcəksiniz. Qarışığı ən azı 2 həftə tətbiq edin.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR