Türkiyədə möhtəşəm əyləncə parkının açılışı oldu

Türkiyədə möhtəşəm əyləncə parkının açılışı oldu
11:47 19 May 2017
Ölkə mətbuatı
A- A+

1 iyul 2016-ci il tarixində Antalya vilayətində yerləşən Belek şəhərində bu növdə yeganə olan "The Land of Legends Theme Park" tematik əyləncə parkının təntənəli açılışı olmuşdur. Bu parkın müstəsnalığını və bənzərsizliyini onun dünyaca məşhur Franko Draqonenin iştirakı ilə layihələndirilməsi göstərir. O, "Cirque du Soleil" sirkində ən inanılmaz şouları səhnəyə qoymuşdur. Dragone Productions komandasının dahi ideyalarını həyata keçirməyi Emaar şirkəti və Rixos premium-klass otellər şəbəkəsi öz üzərinə götürdü. Bu şirkətlərin ailəvi istirahətə tamamilə yeni yanaşma ilə əyləncə parkını yaratmaq üzrə əməkdaşlığı olduqca uğurlu olmuşdur. The Land of Legends Theme Park qonaqlarının burada olan səyahəti ən gözəl xatirə kimi onların yaddaşında həmişəlik qalacaq.

"The Land of Legends Theme Park" tematik əyləncə parkı sürüşkənlərinin və attraksionların sayı ilə deyil, son dərəcə dəqiq düşünülmüş qeyri-adi bir dünyası ilə heyrətləndirir. Buraya istənilən yaşda uşaqlar, həmçinin onların valideynləri çox böyük həvəslə gələcək. Bura inanılmaz personajların yaşadığı bir Krallıqdır. Bu personajların surətləri xüsusilə "The Land of Legends Theme Park" üçün hazırlanmışdır. Qonaqlar sürəti saatda 86 kilometr, hündürlüyü 43 metr olan başgicəlləndirən sürüşkənlərdən ibarət qeyri-adi su aləmini, həmçinin sörfinq üçün yüksək texnoloji hovuzu və əsl dəniz dalğalarının imitasiyası ilə su məkanını mütləq ziyarət etmək istəyəcəkdir. Hovuzdan sonra geyiminizi dəyişmədən istənilən mövzuda filmə baxmaq üçün 5D kinoteatrına gedə bilərsiniz. Və bu, inanılmaz macəraların hələ başlanğıcıdır. Qabaqda sizi Əfsanələr Qalası və "The Land of Legends Theme Park" musiqi aləmi gözləyir. Axşam isə qonaqları bütün gün əyləndirən personajların hazırladığı möhtəşəm şounu qaçırmaq istəməzsiniz. Bu, parkımızda qonaqları gözləyən sürprizlərin kiçik bir hissəsidir.

"The Land of Legends Theme Park" tematik parkı qonaqlara, sadəcə, xülyaların inanılmaz sehrli aləminə daxil olmağı deyil, həmçinin, qeyri-adi miqyasda olan başgicəlləndirən teatr tamaşasının mərkəzində olmaqla onun iştirakçısı olmağı təklif edir. Hər bir insanın özünəməxsus təxəyyülü var, lakin yalnız "The Land of Legends Theme Park" tematik parkında hər gün yeni bir əfsanənin baş qəhrəmanı olmaq mümkündür.

Avropada ən iri "Su aləmi" "The Land of Legends Theme Park" otelinin ən əsas özəlliklərindən biri hesab olunur. Burada hər kəs özünə uyğun məşğuliyyət tapa bilər. Burada həm hədsiz sayda su attraksionları, həm sörfinq üçün hovuz, həm də hündürlüyü 2 metrdən çox olan dəniz dalğalarını imitasiya edən hovuz var. İnanılmazdır amma bu dalğalar necə yaranır? Sən demə, hovuzun yanında nəhəng vulkan püskürür. Bu cür emosiyalardan sonra gəmidə səyahət etmək, sonra isə suyun altına qərq olaraq orada müxtəlif su heyvanları və balıqları görüb zəngin sualtı dünya ilə tanış olmaq yaxşı olardı. Və bu fəal əyləncələrdən sonra bütün ailə ilə dincəlmək və növbəti macəralar üçün güc toplamaq üçün qızdırılan hovuzlara getmək lap yerinə düşərdi.

"The Land of Legends Theme Park"-da olan müxtəlif istirahət növlərinin təsviri mümkün deyil. Burada fəal, hətta çılğın istirahət üçün zonalar mövcuddur. Burada, həmçinin səs-küylü əyləncələrdən uzaqda sakitlik və rahatlıqdan zövq alaraq istirahət etmək mümkündür.

"The Land of Legends Theme Park" nağıl krallığı ilk baxışdan, sanki, yalnız uşaqlar üçün yaradılıb və layihələndirilib. Həqiqətən də, əyləncə parkının tematikası, sanki, nağıl və əfsanələrdən ilham almışdır. Ona görə də məhz bu, əyləncə proqramlarını tamamilə yeni səviyyəyə qaldırmağa imkan verir. Burada yalnız müxtəlif yaşda olan uşaqların deyil, həmçinin uşaqlıq xəyallarını yaşamağı arzulayan böyüklərin iştirakı nəzərdə tutulub.

Hətta standart və lüks sinfinə məxsus komfortlu otaqlar da Playstation, Braso Vidiom kimi müasir, əyləncəli vasitələrlə təchiz olunub. Restoranlar və barlar, SPA və fitnes mərkəzləri və daha bir çox əyləncə "The Land of Legends Theme Park"-da unudulmaz günlər keçirməyiniz üçün imkan yaradacaq.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/546376.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR