Atatürkün əzəmətli heykəlini azərbaycanlı sənətkar ərsəyə gətirdi - FOTOLAR

Atatürkün əzəmətli heykəlini azərbaycanlı sənətkar ərsəyə gətirdi - FOTOLAR
11:48 19 May 2017
89 Şou
Ölkə mətbuatı
A- A+

Əli Ağaoğlunun Maslak 1453-ün açılışında xüsusi olaraq hazırlatdığı əzəmətli heykəli azərbaycanlı sənətkar ərsəyə gətirib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Atatürkü Anma Gənclik və İdman Bayramı tədbirləri çərçivəsində Əli Ağaoğlu çıxış edib. O, "19 May Türkiyə Respublikasının dönüş nöqtəsidir. Bu heykəl də Marşal Mustafa Kamalı təsvir edir. Əzəmətli heykəl dünyaca məşhur azərbaycanlı heykəltəraş Sənan Eynullayev Əhədoğlunun əsəridir” , deyə bildirib.

Atatürkün heykəli “Ağaoğlu” şirkətlər qrupunun 2 milyon kvadrat metr tikinti sahəsi üzərində həyata keçirdiyi Maslak 1453 layihəsi içərisində yerləşir.

Ağaoğlu Şirkətlər Qrupu İdarə Heyətinin Sədri Əli Ağaoğlunun ev sahibliyində gerçəkləşən açılışda Azərbaycan Respublikası İstanbul Konsulu Yadulla Paşayev, Asiya Ağaoğlu Anadolu Liseyi, Miktat Ağaoğlu Peşə və Texniki Anadolu Liseyi, Nişantaşı Universitetinin müəllim və tələbələri, həmçinin Türkiyə və Azərbaycanın tanınmış iş adamları iştirak edib.

Heykəl 8 m hündürlükdədir. Alt relyefin üzərində təxminən 300 ədəd fiqur var. Bürüncdən hazırlanan heykəllər 5 aya yekunlaşıb. Relyef üçün bir ton, 3 atlı heykəl üçün isə iki yarım ton olmaqla 10 tona yaxın bürünc istifadə edilib.

Tanınmış milyarder açılışında qızıl qolbağı ilə göz qamaşdırıb. Sevgilisi Duyqu Su Gülpınarla qonaqlarını qarşılayan məşhur iş adamının işəq saçan qızıl bilərziyi böyük diqqət çəkib. Ağa digər qoluna isə brilyant qaşlı qızıl saat taxıb.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/199394.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR