Nikaha daxil olmaq istəyən 11 nəfərdə İİV aşkarlanıb

Nikaha daxil olmaq istəyən 11 nəfərdə İİV aşkarlanıb
11:49 19 May 2017
48 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən bu il mart ayının sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 5269 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır.

APA-nın xəbərinə görə, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru vəzifəsini icra edən Esmira Alməmmədova deyib ki, onlardan 3796-sı kişi, 1473-ü qadındır.

E. Alməmmədova bildirib ki, bu müddətdə QİÇS mərhələsində olan vətəndaşların sayı 1383 nəfər, İİV infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 828 nəfər olub.

 

O qeyd edib ki, 2017-ci ilin I rübü ərzində nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinə nəticəsində 30 464 şəxs İİV-ə görə müayinəyə cəlb olunub və 11 nəfərdə İİV-ə yoluxma faktı təsdiqlənib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274942

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR