Bakıda marşurutlara yeni tələblər - 5 rəqəmli eyniləşdirmə nömrələri...

Bakı Nəqliyyat Agentliyi paytaxtdakı marşurutlar, taksilərlə bağlı yeni tələblər hazırlayıb.

Metbuat.az xəbər verir ki, tələblər sırasında ən vacibi avtobusların banının ön, arxa və yan tərəflərinin üzərində Agentliyin verdiyi eyniləşdirmə kodunun və 141 Çağrı Mərkəzinin nömrəsinin olmasıdır.

Avtobuslara dair müəyyən edilən əsas tələblərdən olan eyniləşdirmə kodları ictimai nəqliyyatda ilk dəfə tətbiq edilir. 5 rəqəmdən ibarət eyniləşdirmə nörməsinin ilk iki rəqəmi avtobusun hansı daşıyıcıya aid olduğunu bildirir. Eyniləşdirmə nömrələrinin verilməsi paytaxtın marşrut şəbəkəsində istifadə edilən nəqliyyat vasitələri barədə zəruri məlumatların toplandığı Vahid Bazasının Formalaşdırılması baxımından da əhəmiyyətlidir. Tələblərə əsasən, eyniləşdirmə nömrəsi avtobusun xaricində sağ, sol, ön və arxa tərəflərinə, eyni zamanda nəqliyyat vasitəsinin salonunda sərnişinlərin aydın görə biləcəyi yerdə vurulmalıdır. Bakı Nəqliyyat Agentliyinin tapşırığına əsasən, artıq eyniləşdirilmə nömrələrinin avtobuslara vurulması prosesinə başlanılıb. Gələcəkdə bu nömrələrin avtobusların damına da vurulması təmin ediləcək.

Qeyd edək ki, yaxın vaxtlarda bu tələblərlə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

Sərdar Məmmədov / Metbuat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR