Ayağını sındıran Yalçın Rzazadədən SON XƏBƏR: "Səhhətimin ağırlaşması..."

Ayağını sındıran Yalçın Rzazadədən SON XƏBƏR: "Səhhətimin ağırlaşması..."
12:14 19 May 2017
83 Digər
Ölkə mətbuatı
A- A+

Bir neçə ay öncə ayağı sınan xalq artisti Yalçın Rzazadə səhhətindən danışıb. Lent.az-a açıqlama verən 70 yaşlı müğənni bildirib ki, müalicəsi hələ davam edir: “Ayağımı sındırmağım çox müzakirə olundu. Tək ayağı sınan adam mən deyiləm axı. Bəli, indi də səhhətimdə problem var. Dizimə su yığıldı, müalicə elədilər. Arada yenə də yığılır. Ürəyimdə də problemlər var. İynələr vurdururam. Xəstəxana şəraitindən müalicə olunmaqdan zəhləm gedir. Elə ona görə də ev şəraitində müalicə olunuram. İnşallah, daha da yaxşı olaram. Səhhətimin ağırlaşması barədə heç bir xəbər həqiqətə uyğun deyil. İndi vəziyyətim normaldır, amma müalicə olunuram”.

 

Qeyd edək ki, Y. Rzazadə bir neçə ay öncə çəkilişə gedən zaman ayağını sındırıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274946

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR