Türkiyəli nazir: "Bakı-Tbilisi-Qars dəmir yolu xətti sınaq mərhələsindədir"

Türkiyəli nazir: "Bakı-Tbilisi-Qars dəmir yolu xətti sınaq mərhələsindədir"
12:32 19 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 19 may. REPORT.AZ/ Bakı-Tbilisi-Qars dəmir yolu xətti hazırda sınaq mərhələsindədir. "Report"un "Karshaberler" saytına istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi bildirib.
"Hazırda Bakı-Tbilisi-Qars dəmir yolu xətti sınaq mərhələsindədir. İyun ayında istismara veriləcəyi təqdirdə, Çindən yola salınan qatar Türkiyə üzərindən Londona qədər fasiləsiz olaraq hərəkət edəcək. Bununla əlaqədar Türkiyə Çinlə danışıqlar aparıb və növbəti ildə Türkiyə üzərindən 30 mlrd. dollarlıq yükdaşımanın həyata keçirilməsi nəzərdə tutulur", - deyə N.Zeybekçi əlavə edib.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/turkiyeli-nazir-baki-tbilisi-qar-demir-yolu-xetti-sinaq-merhelesindedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR