Sərbəst güləşçimiz İslamiadada medalı təmin etdi

Sərbəst güləşçimiz İslamiadada medalı təmin etdi
12:32 19 May 2017
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Sərbəst güləşçimiz Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 65 kq çəki dərəcəsində çıxış edən idmançımız Məhəmməd Müslümov yarımfinalda əfqanıstanlı Malik Can Sadeedi vaxtından əvvəl - 10:0 hesabı ilə məğlub edib.

Bundan əvvəl təmsilçimiz 1/8 finalda Kot-d'İvuar idmançısı Açi İnnosent Abbeyə, 1/4 final mərhələsində isə Qvinea-Bisau güləşçisi Cumba Mabaliyə qalib gəlmişdi.

Beləliklə, M.Müslümov qızıl medal uğrunda döyüşəcək.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/546387.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR