Qiyamdan bir neçə saat əvvəl... – Ərdoğanın qaldığı oteli DEŞİFRƏ EDƏN FOTO

Qiyamdan bir neçə saat əvvəl... – Ərdoğanın qaldığı oteli DEŞİFRƏ EDƏN FOTO
12:33 19 May 2017
57 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin “Sözçü” qəzetinin sahibi Burak Akbayın da aralarında olduğu 4 şübhəli Fəthullahçı Terror Təşkilatının (FETÖ) adına cinayət törətməkdə ittiham olunub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Respublika Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Burak Akbay, internet üzrə məsul rəhbər Melda Olgun, maliyyə işlər müdiri Yonca Kaleli və müxbiri Gökmen Ulunun saxlanılması haqqında qərar verilib.

Qəzetin vəkilləri isə adıçəkilən şəxslərin saxlanılması barədə onlara verilən hər hansı bildirişin olmadığını söyləyib. “Yalnız Gökmen Ulunun evində polis axtarış aparıb”, - vəkillərdən biri deyib.

Şübhəlilərə qarşı irəli sürülən ittihamlar arasında 15 iyul 2016-cı il tarixində (dövlət çevrilişinə cəhd günü –red.) prezident Rəcəb Tayyib Ərdoğanın Mərmərədə qaldığı otelin ünvanı və görüntüsünün qəzetinin internet səhifəsindən yayılması da var. Məlum olduğu kimi, Ərdoğanın ünvanının deşifrə edilməsindən bir neçə saat sonra qanlı dövlət çevrilişi cəhdi edilmiş və qiyamçılar “Grand Yazıcı” adlı otelə hücum etmişdilər. Hücumdan 15 dəqiqə əvvəl isə Ərdoğan ailəsi ilə oteli tərk etmiş, lakin iki mühafizəçisi qiyamçılar tərəfindən öldürülmüşdü.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199398.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR