Play Store

İtirdiyi 1000 manatı tapan qadın dəli oldu

İtirdiyi 1000 manatı tapan qadın dəli oldu
12:43 19 May 2017
111 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Çorlu bölgəsində yaşayan 56 yaşlı qadın 2009-cu ildə yaşadığı evdən köçüb. Yeni evində gizlətdiyi 1000 manatın yerini unudan 56 yaşlı qadın nəhayət ki, pulları tapıb.

Publika.az xəbər verir ki, 56 yaşlı Rəsmiyyə Kocaman evdə gizlətdiyi pulları tapsa da, artıq onların bir önəmi qalmayıb. Banka müraciət edərək dövriyyədən çıxmış pullarının qarşılığını almaq istəyən qadın qarşılaşdığı vəziyyətə görə dəli olub.

Bütün səylərinə baxmayaraq, kompensasiyanı ala bilməyən qadının psixologiyası ciddi şəkildə zədələnib. Qadın hadisə ilə bağlı Rəcəb Tayyib Ərdoğana məktub yazıb.

Pul görəndə qeyri-ixtiyari əsməyə başlayan qadın müalicə almaq üçün köməl istəyib:

"Bu pullara o vaxt bir ev almaq olardı. Mən özümü yaxşı hiss etmirəm. Bu hadisə səbəbindən sağlamlığımı itirdim. Pul görəndə titrəmə tutur. Nəfəs ala bilmirəm. Bir ev alsam, kifayətdir. Prezidentdən mənə kömək etməsini istəyirəm".

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/199390.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR