Hamilə qalmaq istəyən xanımlar...

Hamilə qalmaq üçün ana namizədin nizamlı yuxu rejimi olmalı, pis vərdişlərdən uzaq durmalı, düzgün qidalanmalıdır.

Metbuat.az hamilə qalmağı asanlaşdıran qidaları təqdim edir:

Kərəviz: Qadın və kişilərdə cinsi gücü artırır. Bütün ifrazat vəzilərini işlədir.

Soya: Bədənin müqavimət gücünü artırır. Gündə 25 qram soğan və turşu ilə yeyilməlidir.

Yerkökü: Xanımlarda aybaşının normal olmasını təmin edir. Bədənin müqavimətini artırır. İfrazat vəzilərini işlədir.

Roka: Cinsi gücü artırır. Tərkibi P, K vitamini və minerallarla zəngindir. Qansızlığa yaxşıdır.

Kələm: E vitamin daxil olmaqla tam bir vitamin anbarıdır. Nə qədər çiy yeyilsə, o qədər faydalıdır.

Soğan: Təzə və qurusu çiy yeyildiyində olduqca faydalıdır. Bütün hormanları fəallaşdırır.

Armud: Bütün ifrazat vəzilərini aktivləşdirən xüsusi meyvədir.

Tərə: Tərkibi C vitami, dəmir və minerallarla zəngindir. Bədənin müqavimətini artırır. Hormonları fəallaşdırır.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR