​"Ermənistanda daşı daş üstündə qoymayacağıq!​"

Ermənistan "İsgəndər" raketləri ilə Azərbaycanı hədələməkdə davam edir. Onlar iddia edirlər ki, həmin raketlərdən istifadə etməklə Azərbaycan tərəfini vura bilərlər.

Bu barədə Metbuat.az-a açıqlama verən ehtiyyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, ermənilərin "İsgəndər" raketi Bakıya gəlib çatmamış, biz orada daşı daş üstündə qoymarıq:

“Bizim bəxtimiz onda gətirməyib ki, erməni kimi bir qonşu taleyimizə yazılıb. Ermənilər özləri də gözəl bilirlər ki, "İsgəndər" raketindən Azərbaycana qarşı istifadə edə bilməzlər. Buna onların nə kişiliyi, nə də cürəti çatmaz. Ermənilərdə "İsgəndər" raketinin düyməsinə yaxın düşməyə qeyrət yoxdur. "İsgəndər" raketi orada Rusiya hərbi bazasını qorumaq üçündür. Ermənilər həmin ermənilərdir ki, bir neçə il bundan öncə Bakı-Tiblisi-Ceyhan neft kəməri istifadəyə veriləndə bildirdilər ki, biz onu vuracağıq. Sonra onlara qulaqburma verdilər.

Ermənilər dəfələrlə Azərbaycana hədəqorxu gəlib

Bu bədbəxtlər bir zenit raket kompleksini qorumaq gücündə deyillərsə, biz onların ifadələrinə necə diqqət yetirək?! Azərbaycan bu vaxta qədər səbr və dözüm nümayiş etdirib. Amma bundan sonra həmin səbr, dözüm olmayacaq. Azərbaycan ermənilərə layiq olduqları cəzanı verəcək. Onlar ya ağıllanıb öz xarabalarına çəkiləcək, ya da Azərbaycan Silahlı Qüvvələri bu vaxta qədər aldıqları silahlarla nə lazımdırsa, onu da edəcək”.

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR