Son illərdə Azərbaycanda körpələrə daha çox eyni adlar qoyulub

Son illərdə Azərbaycanda körpələrə daha çox eyni adlar qoyulub
12:57 19 May 2017
202 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 19 may. REPORT.AZ/ Son 6 ildə Azərbaycanda uşaqlara daha çox eyni adlar qoyulub. 
"Report"un məlumatına görə, 2011-ci ildə körpələrə ən çox qoyulan 10 kişi adı Yusif (4170), Əli (2923), Hüseyn (2787), Məhəmməd (1914), Murad (1636), Ömər (1417), Kənan (1353), Nihad (1343), İbrahim (1149) və Fərid (1042) olub. 
Ötən il də Yusif (3395), Hüseyn (2360), Əli (2197), Ömər (1750), Məhəmməd (1437), Murad (1320), Tunar (1293), Uğur (1242), Ayxan (1188) və İbrahim (915) ən çox qoyulan oğlan adlarıdır.
Bundan başqa, 2011-ci ildə qızlara ən çox Zəhra (3756), Nuray (3609), Fatimə (3100), Ayan (1657), Zeynəb (1626), Aylin (1596), Fidan (1515), Xədicə (1501), Leyla (1345) və Gülay (1193) adları verilib. 
Ötən il isə yenə də Zəhra (3006), Nuray (2172), Fatimə (1908), Zeynəb (1859), Aylin (1665), Məryəm (1572), Mələk (1380), Ayan (1350), Mədinə (1092) və Dəniz (1071) ən çox qoyulan adlar sırasındadır.
Siyahıdan da göründüyü kimi,  körpələrə verilən adlar arasında xüsusilə ilk beşlikdə duranlar eyni ilə qalıb.
Qeyd edək ki, bu il oğlanlara yenə də daha çox Yusif, Əli, Hüseyn, Ömər, Uğur, Məhəmməd, Murad, Ayxan, Tunar, İbrahim, qızlara isə Zəhra, Nuray, Zeynəb, Fatimə, Məryəm, Aylin, Dəniz, Mələk, Damla və Ayan adları qoyulub. 

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/son-illerde-azerbaycanda-korpelere-daha-cox-eyni-adlar-qoyulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR